AZ

Rusiya PUA-sı Rumıniyada yaşayış binasına çırpıldı –Yaralılar var

Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.

PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.

AzPost.az

Seçilən
5
5
azpost.info

6Mənbələr