ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Madrid “Real”ında Enrike Rikəlmenin seçki layihəsinin bir hissəsi ola bilər.
İdman.Biz “Bernabeu Digital”a istinadən xəbər verir ki, “Real Madrid” prezidentliyinə namizəd ispan mütəxəssisi seçkilərdə qalib gələcəyi təqdirdə komandanın baş məşqçisi kimi nəzərdən keçirir.
Mənbənin məlumatına görə, Rikəlme artıq idman layihəsinin əsas fiqurlarını müəyyənləşdirib. Proqramın əsas bəndlərindən biri son illərdə “Arsenal”ı yenidən İngiltərə və Avropanın ən güclü klubları sırasına qaytaran Artetanın komandaya dəvət olunmasıdır.
Bildirilir ki, Rikəlmenin layihəsinə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi də daxildir. Bundan əlavə, namizəd klubun idman strukturunu yenidən qurmaq üçün idman direktoru vəzifəsi yaratmaq niyyətindədir.
“Real Madrid”də prezident seçkiləri iyunun 7-də keçiriləcək. Klubun hazırkı prezidenti Florentino Peresi son 20 ildə ilk dəfə rəqabətli seçki kampaniyası gözləyir. Rikəlme daha əvvəl qalib gələcəyi təqdirdə komandaya iki böyük ulduz gətirməyə hazır olduğunu bildirsə də, onların adlarını açıqlamayıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.