“Real” prezident seçkisinin tarixi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Madrid klubunun rəsmi saytının yaydığı məlumata görə, səsvermə iyunun 7-də keçiriləcək.
Xatırladaq ki, klubun hazırkı prezidenti Florentino Peres ardıcıl ikinci mövsüm titulsuz başa vurulduqdan sonra növbədənkənar seçki keçirilməsinə qərar verib. O, 2025-ci ilin yanvarında yenidən 4 illik müddətə “Real”ın prezidenti seçilmişdi.
79 yaşlı Peresin rəqibi Enrike Rikelme olacaq. Beləliklə, 2006-cı ildən sonra ilk dəfə Madrid klubunda prezident seçkiləri alternativ əsasda keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta