ain.az, Qol.az portalına istinadən məlumat yayır.
“Real”da seçki günü müəyyənləşdi
“Real” prezident seçkilərinin tarixini açıqlayıb.
QOL.az-ın Madrid təmsilçisinin rəsmi saytına istinadən yaydığı məlumata görə, səsvermə iyunun 7-də keçiriləcək.
Bundan əvvəl klubun hazırkı prezidenti Florentino Peres ardıcıl ikinci mövsüm trofeysiz başa vurulduqdan sonra növbədənkənar seçki qərarı vermişdi. O, 2025-ci ilin yanvarında yenidən 4 illik müddətə “Real”ın prezidenti seçilmişdi.
79 yaşlı Peresin rəqibi iş adamı Enrike Rikelme olacaq. Beləliklə, 2006-cı ildən sonra ilk dəfə Madrid klubunda prezident seçkiləri alternativ əsasda keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.