Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi futbol üzrə dünya çempionatında altıncı dəfə iştirak edəcək.
QOL.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026 üçün Argentina millisinin yekun heyətinə daxil edilib.
Messi daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib. O, son mundialda Argentina millisi ilə çempionluq yaşayıb.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina millisi qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq.