AZ

Lionel Messi karyerasında altıncı dünya çempionatında iştirak edəcək

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi futbol üzrə dünya çempionatlarının final mərhələsində altıncı dəfə iştirak edəcək.

90deqiqe.Az xəbər verir ki, Messi bundan əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib. O, son mundialda Argentina millisi ilə birlikdə turnirin qalibi olub. Argentina həlledici görüşdə Fransa millisini məğlub edərək çempionluğa yiyələnib.

Daha əvvəl 38 yaşlı futbolçunun 2026-cı il dünya çempionatı üçün Argentina millisinin iştirak ərizəsinə daxil edildiyi açıqlanmışdı.

2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Argentina millisi qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının hazırkı qalibidir.

Seçilən
32
90deqiqe.az

1Mənbələr