Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Vyetnam hakimiyyəti ölkənin şimalında yerləşən qəbiristanlığı ləğv etməyi planlaşdırır. Məqsəd ABŞ Prezidenti Donald Trampa məxsus şirkət tərəfindən inşa ediləcək qolf meydançası və elit yaşayış kompleksinə yer ayırmaqdır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “The Trump Organization” və onun yerli tərəfdaşları Hınqyen əyalətində 1,5 milyard dollar dəyərində iri layihə həyata keçirməyi planlaşdırır. Layihənin nəzərdə tutulduğu ərazidə qəbiristanlıq da yerləşir.
Qəzet qeyd edir ki, layihə Hanoy və Vaşinqton arasındakı münasibətlərin rəmzi hesab olunur. Belə ki, 2025-ci ilin mayında təməlqoyma mərasimində çıxış edən Vyetnamın o zamankı baş naziri Fam Min Tinh qolf meydançasının “Vyetnam-ABŞ münasibətlərinin möhkəmləndirilməsi və xüsusilə ABŞ-dan olan xarici investorların etimadının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını” bildirib.
Əvvəlcə layihənin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, vəziyyətlə tanış mənbələrin sözlərinə görə, torpaqla bağlı mübahisələr tikintinin gecikməsinə səbəb olub. Qəzetin apardığı sorğulara əsasən, tikintidən təsirlənəcək təxminən 4 min sakin ya torpaqlarını verməkdən imtina edir, ya da hökumətdən daha yüksək kompensasiya tələb edir.
2025-ci ilin mayında "Reuters" agentliyi də mənbəyə istinadən xəbər vermişdi ki, “The Trump Organization” vyetnamlı tərəfdaşlarla birlikdə 2026-cı ildə Ho Şi Min şəhərində göydələn tikintisinə başlaya bilər. Məlumata görə, 60 mərtəbədən hündür olması gözlənilən binaya yatırılacaq investisiya 1 milyard dolları ötəcək. Hazırda razılaşdırılma mərhələsində olan layihə təsdiqlənərsə, göydələn şəhərin biznes mərkəzində, gələcək maliyyə mərkəzinin yaxınlığında inşa ediləcək.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.