AZ

Bu ölkədən Trampla bağlı ŞOK QƏRAR -  1,5 milyardlıq layihəsi LƏĞV EDİLDİ

Avstraliyanın Qızıl Sahilində (Gold Coast) inşası planlaşdırılan 1,5 milyard dollarlıq "Trump Tower" göydələninin tikintisi dayandırılıb.

Musavat.com xəbər verir ki, ölkənin ilk "Trump" brendli binası olacaq bu layihə üzrə saziş imzalandıqdan cəmi üç ay sonra ləğv edilib.

"Bloomberg"in yaydığı məlumata görə, söhbət Kvinslend ştatının Surfers Paradise bölgəsində ucaldılması nəzərdə tutulan 91 mərtəbəli "Trump International Hotel & Tower Gold Coast" kompleksindən gedir. Avstraliyanın ən hündür binası olması gözlənilən bu layihə çərçivəsində altıulduzlu otel, 270 lüks mənzil, restoranlar və çimərlik klublarının inşası planlaşdırılırdı.

Layihənin icraçısı olan "Altus Property Group"un rəhbəri Devid Yanq bildirib ki, İran ətrafındakı müharibə və ABŞ-dakı siyasi vəziyyət fonunda Tramp brendi Avstraliyada "toksik" (zəhərli) hala gəlib.

Onun sözlərinə görə, bu amil layihənin perspektivlərinə və ictimaiyyətin münasibətinə mənfi təsir göstərib.

"The Trump Organization" isə öz növbəsində Avstraliya tərtibatçısını müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Buna baxmayaraq, "Altus" göydələn layihəsinin tamamilə ləğv edilmədiyini, sadəcə digər lüks brendlərlə əməkdaşlığın nəzərdən keçirildiyini bəyan edib.

Tikintisinə 2026-cı ilin avqustunda başlanması planlaşdırılan layihə hələ yerli hakimiyyətdən rəsmi icazə almamışdı. Üstəlik, Avstraliyada "Trump Tower"ə qarşı 120 mindən çox imza toplanan onlayn petisiya təşkil edilmiş, yerli siyasətçilər layihəni kəskin tənqid etmişdilər.

Musavat.com

Seçilən
151
13
musavat.com

10Mənbələr