AZ

Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə getdi -FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 25 may tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

 

Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

 

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.




Seçilən
14
46
senzor.az

10Mənbələr