

Müəllif
İlhamə Vəliqızı
Mayın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Ulusum.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.Bildirilib ki, səfər çərçivəsində, mayın 26-da Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli iclasda çıxışı, habelə yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Diqqət Çəkənlər
Böyük Qayıdış: Şükürbəyli kəndinə növbəti köç
Nikol Paşinyan: Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq
Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzində