AZ

Nazir Nyu-Yorka işgüzar səfərə yola düşüb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində, mayın 26-da Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Seçilən
14
45
hafta.az

10Mənbələr