AZ

“WhatsApp”da yeni məxfilik funksiyası

“WhatsApp” istifadəçilərin məxfilik imkanlarını genişləndirəcək yeni funksiya üzərində işləyir. Platforma artıq oxunduqdan sonra avtomatik silinən mesajlar funksiyasını iOS beta versiyasında test etməyə başlayıb. Yeni imkan tətbiqin “Privacy – Default message timer” bölməsində yerləşəcək və istifadəçilərə mesajların silinmə qaydalarını daha detallı şəkildə idarə etmək imkanı verəcək.

Hazırda istifadəçilər mesajların 24 saat, 7 gün və ya 90 gün sonra avtomatik silinməsini seçə bilirlər. Yeni əlavə olunan “After reading” seçimi isə mesajın qarşı tərəf tərəfindən oxunduqdan sonra yox olmasını təmin edəcək. Bununla yanaşı, sistem yalnız ani silinmə ilə məhdudlaşmır. Bildirilir ki, mesaj oxunduqdan sonra ikinci taymer işə düşəcək və istifadəçi mesajın 5 dəqiqə, 1 saat və ya 12 saat sonra silinməsini təyin edə biləcək. Mesaj oxunmadan qalarsa, sistem onu 24 saatdan sonra avtomatik siləcək.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan” 

Seçilən
52
1
azerbaijan-news.az

10Mənbələr