JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“WhatsApp” istifadəçilərin məxfilik imkanlarını genişləndirəcək yeni funksiya üzərində işləyir.

Modern.az “Mashable” platformasına istinadən bildirir ki, “WhatsApp” artıq oxunduqdan sonra avtomatik silinən mesajlar funksiyasını iOS beta versiyasında sınaqdan keçirməyə başlayıb. Məlumata görə, funksiya WhatsApp-ın iOS üçün 26.19.10.72 beta versiyasında aşkar edilib. Yeni imkan tətbiqin “Privacy – Default message timer” bölməsində yerləşəcək və istifadəçilərə mesajların avtomatik silinmə qaydalarını daha detallı idarə etməyə imkan verəcək.

Hazırda istifadəçilər mesajların 24 saat, 7 gün və ya 90 gün sonra silinməsini seçə bilirlər. Yeni əlavə olunan “After reading” seçimi isə mesajların qarşı tərəf tərəfindən oxunduqdan sonra yox olmasını təmin edəcək. Bununla belə, sistem birbaşa silinmə ilə məhdudlaşmır. Məlumata əsasən, mesaj oxunduqdan sonra ikinci taymer işə düşəcək və istifadəçi onun 5 dəqiqə, 1 saat və ya 12 saat sonra silinməsini seçə biləcək. Əgər mesaj oxunmadan qalarsa, o zaman sistem onu 24 saatdan sonra avtomatik siləcək.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX