"WhatsApp" artıq müəyyən bir vaxt taymerinə (məsələn, 24 saat və ya 7 gün) bağlı qalmadan, mesajların qarşı tərəf oxuyan kimi avtomatik silinməsi funksiyasını test edir.Metbuat.az xəbər verir ki, bu funksiya aktiv edildikdə, qarşı tərəf mesajı oxuyub söhbət pəncərəsini bağlayan an mətn tamamilə yoxa çıxır.Həmçinin istifadəçilər mesaj oxunduqdan sonra onun tam silinməsi üçün 5 dəqiqə, 1 saat və ya 12 saat kimi xüsusi vaxtlar da təyin edə biləcəklər. Qeyd edək ki, indiki sistemdə müvəqqəti mesaj taymerini aktiv etdikdə, qarşı tərəf mesajı oxusa da, oxumasa da təyin olunmuş vaxt tamam olan kimi mətn silinir.