AZ

Tehrandan son dəqiqə açıqlaması – Müharibəni yenidən başlatmaq istəyirlər

İran parlamentinin sədri və ölkənin əsas danışıqçılarından biri Məhəmməd Bağır Qalibaf ABŞ-ni İranla müharibəni yenidən başlatmağa çalışmaqda ittiham edib.

Musavat.com xəbər verir ki, Qalibaf Vaşinqtonun atəşkəs danışıqları və diplomatik təmasların davam etdiyi bir vaxtda Tehrana qarşı təzyiq siyasətini sürdürdüyünü bildirib.

Onun sözlərinə görə, ABŞ iqtisadi sanksiyalar və hərbi təhdidlər vasitəsilə İranı geri addım atmağa məcbur etmək istəyir.

Qalibaf vurğulayıb ki, İran heç vaxt qorxu və təzyiq siyasətinə təslim olmayacaq və ölkə öz mövqeyini qorumaqda davam edəcək.

 

Musavat.com

Seçilən
0
11
musavat.com

10Mənbələr