AZ

ABŞ müharibəni yenidən alovlandırmağa çalışır Qalibaf

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin addımlarının regionda müharibənin yenidən alovlanmasına yönəldiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Qalibafın sözlərinə görə, Vaşinqtonun həm açıq, həm də gizli fəaliyyətləri yeni qarşıdurma mərhələsinə hazırlıq görüntüsü yaradır.

“Düşmənin ictimai və şəxsi hərəkətləri onun müharibənin yeni mərhələsinə can atdığını göstərir”, - deyə o bildirib.

İran parlamentinin sədri qeyd edib ki, ölkənin silahlı qüvvələri atəşkəs dövründə hazırlıq işlərini davam etdirib və müxtəlif ssenarilərə hazır vəziyyətə gətirilib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri bu müddətdən silah ehtiyatlarının bərpası və artırılması üçün istifadə edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
11
redaktor.az

10Mənbələr