ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İran Parlamentinin sədri və ABŞ ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf Tehran və Vaşinqtonun razılığa yaxın olması ilə bağlı Amerika mediasında yer alan iddiaları istehzalı bir dillə təkzib edib.
"Cebheinfo.az" xəbər verir ki, Qalibaf sosial media hesabında paylaşdığı mesajında daha əvvəl də dəfələrlə "razılaşma yaxındır" xəbərləri yayan və Prezident Donald Trampın tez-tez müsahibə verdiyi Amerikanın "Axios" platformasının xəbərini məsxərəyə qoyub.
Sosial mediada təsdiqlənməmiş və mənbəsiz iddialarla zarafat etmək üçün istifadə olunan, təxminən "Mənə inan, qardaş" mənasına gələn "Source: Trust Me Bro" ifadəsinə işarə edən Qalibaf Axios-un xəbəri üçün ingiliscə "saxta", "uydurma" mənasına gələn "faux" sözündən istifadə edərək "Fauxios Əməliyyatı" qiymətləndirməsini aparıb.
Qeyd edək ki, "Axios" dünən adını açıqlamadığı ABŞ-li rəsmilərə istinadən yaydığı xəbərdə İran və ABŞ-nin müharibəni bitirmək üçün anlaşma memorandumu imzalamağa yaxın olduğunu iddia etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.