AZ

David Santos əməliyyat olundu – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın mərkəz müdafiəçisi David Santos bu gün əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib. Braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb. Amma onun 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a uduzduqları oyunda (0:3) zədələnmirdi. Sözügedən matçın ilk hissəsində əvəzlənmiş oyunçunun dizindəki çarpaz bağı qopmuşdu.

David Santos cari mövsümün əvvəlində “Şamaxı”ya keçmişdi. 24 yaşlı mərkəz müdafiəçisi əyalət təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı müdafiəçi karyerası ərzində “Kovilya”, “Penafiel”, “Anapolis”, “Lusitaniya”, “Montaleqre”, “Felqeyras”, “Braqa” (B) kimi komandalarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
6
arena.az

10Mənbələr