Bu gün keçirilmiş sonuncu oyunlarla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, 27-ci turun sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Məhz bu oyunlardan sonra İkinci Liqada çempion müəyyənləşib. Lider “Xankəndi” “Şəmkir”lə üz-üzə gəlib. “Xankəndi” 1:0 hesablı qələbə qazanaraq mövsümün çempionu adını rəsmiləşdirib. Beləliklə, Zaur Hacıyevin komandası növbəti mövsümdə Birinci Liqada mübarizə aparacaq.
2-ci yerdəki “Qaradağ Lökbatan” isə “Şirvan”a məğlub olub. Amma bu, Qaradağ təmsilçisinin gümüş medal qazanmasına mane olmayıb. “Quba” isə bürünc medallarla kifayətlənib.
İkinci Liqa
27-ci tur
17 may
“Kür-Araz” – “Araz Saatlı” 3:0
Qollar: Elnur Məmmədov, 50. Bayram Əliyev, 53. Ümid Nağdalıyev, 79.
Hakimklər: Sənan Bayramzadə, Tural Bayramov, Hüseyn Vəliyev, Mehdi Yusifov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu. Saat 17:00.
“Göygöl” – “Ağdaş” 2:0
Qollar: Taleh Hüseynzadə, 36. Sənan Kərimov, 90+4.
Hakimklər: Kamil Aydınov, Ruslan Məmmədov, İlkin Mustafazadə, İrşad Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.
“Ağstafa Gəncləri” – “Şəki” 3:1
Qollar: Eltac Hüseynov, 5. Əli Bağırov, 12. Hüseyn Alıyev, 15 – Saleh Süleymanov, 10.
Hakimklər: Ceyhun Hüseynov, Əhməd Əhmədsoy, Cavid Ömərov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağstafa şəhər stadionu. Saat 17:00.
18 may
“Şirvan” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Elgün Xəlilov, 24; 75 – İlkin Əliyev, 30. Ayaz Mikayılov, 90+4-pen.
Hakimklər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.
“Şəmkir” – “Xankəndi” 0:1
Qol: Emin Quliyev, 4.
Hakimklər: Xalid Quliyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.
“Quba” – “Dinamo” 3:1
Qollar: Bəhram Köçərli, 47. Vidadi Cəfərov, 77; 87 – Yadigar Qarayev, 65.
Hakimklər: Hacıağa Həsənov, Sadiq Əliyev, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Quba Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.
