Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu – 33-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qeyd edilir ki, klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə “Kəpəz” – “Neftçi” və “Turan Tovuz” – “Sabah” oyunlarının məkanlarında dəyişiklik edilib.
Mövsümün sonuncu turuna mayın 21-də Qəbələdə start verilib. Mövsümə mayın 24-də Qubada baş tutacaq “İmişli” – “Karvan” oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
33-cü tur
21 may
“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 18:30.
22 may
“Turan Tovuz” – “Sabah”
“Masazır Arena”, 17:00.
“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
23 may
“Kəpəz” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.
“Araz-Naxçıvan” – “Zirə”
“Sumqayıt Arena”, 19:00.
24 may
“İmişli” – “Karvan”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
