AZ

Dəyanət Babayev məhkəməyə verildi

“Real Azərbaycan” xəbər saytının təsisçisi Dəyanət Babayev xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

Unikal”ın verdiyi məlumata görə, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxs İlhamə Kərimovadır.

Belə ki, 28 aprel tarixində media nümayəndələri Dəyanət Babayev və Asim Abdullayev Sumqayıtın Stansiya ərazisində video reportaj hazırlayarkən İlhamə Kərimovanın anası ilə birlikdə onların üzərinə hücum etdiyi bildirilir. Hadisə ilə bağlı Sumqayıt Şəhər 5-ci Polis Bölməsində həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib olunub. 

Daha sonra məhkəmə qərarı ilə onlar 100 manat məbləğində cərimələniblər.

Dəyanət Babayev məsələ ilə bağlı açıqlamasında bildirib ki, guya onun 29 aprel tarixində “TikTok” platformasında canlı yayım zamanı qarşı tərəfi təhqir edib. Bu barədə iddialar tamamilə yalandır:

“Canlı yayım zamanı tanımadığım bir neçə saxta hesab tərəfindən təhqir olundum və həmin şəxslərə cavab verdim. Burada xüsusi ittihamla bağlı heç bir məsələ yoxdur. İnanıram ki, hakim ədalətli qərar çıxaracaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, iş üzrə hazırlıq iclası 18 may saat 15:00-da Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçiriləcək.

Seçilən
8
3
unikal.az

10Mənbələr