ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Bakının Nərimanov rayonunda 52 yaşlı kişi tanışına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 27-də rayon ərazisində yerləşən binaların həyətində baş verib. Qazax rayon sakini, 1974-cü il təvəllüdlü Nicat həmin gün, saat 19:30-da yaşayış kompleksinin həyətində tanışı Əlvanla mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı bir dəfə ağac budağı ilə qəsdən Əlvanın baş nahiyəsindən vurub.Faktla bağlı Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Ona vurduğu ziyanı tam olaraq ödəməsini söyləyib və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edib. Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs olan təqsirləndirilən ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.