"Turan Tovuz" premyer-liqanın 32-ci turunda "Şamaxı"nın meydanından məğlub ayrıldı - 2:3.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Birinci hissədə pis oynadıq. Hakim barədə ümumiyyətlə danışmaq istəmirəm. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüflər olsun ki, 3-cü qolu buraxdıq.
- Ötən tur avrokuboklara vəsiqəni təmin etdiz. Buna görə futbolçularda arxayınlıq var idi?
- Müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Amma ikinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.
- Müdafiəçilər epizodlara gec reaksiya verirdi. Bunun səbəbi nədi?
- İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idi. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.
- Hər iki komandanın aqressiv oyunu nədən qaynaqlanırdı?
- Mənə elə gəlir ki, hakimlikdən...
- Transferlə bağlı nə planlarınız var?
- Axtarışlar davam edir. Amma hələ yekun nəticə yoxdu.
- Neçə oyunçu transfer etməyi düşünürsüz?
- Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta