“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə uduzub.
İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Birinci hissədə pis oynadıq. Hakim barədə ümumiyyətlə danışmaq istəmirəm. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüflər olsun ki, 3-cü qolu buraxdıq.
– Ötən tur avrokuboklara vəsiqəni təmin etdiz. Buna görə futbolçularda arxayınlıq yox idi?
– Müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Amma ikinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.
– Müdafiəçilər epizodlara gec reaksiya verirdi. Bunun səbəbi nədir?
– İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.
– Hər iki komandanın aqressiv oyunu nədən qaynaqlanırdı?
– Mənə elə gəlir ki, hakimlikdən qaynaqlanırdı.
– Transferlə bağlı nə planlarınız var?
– Axtarışlar davam. Amma hələ ki yekun nəticə yoxdur.
– Neçə oyunçu transfer etməyi düşünürsüz?
– Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.