AZ

Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək

Bolqarıstan Prezidenti İliana Yotova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) keçiriləcək Liderlər Sammitində iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Liderlərin Sammiti ilk dəfə WUF çərçivəsində mayın 18-də baş tutacaq. İliana Yotova səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşəcək.

Seçilən
19
13
publika.az

10Mənbələr