BAKI, 16 may. TELEQRAF
Bolqarıstan Prezidenti İlyiana Yotova Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçiriləcək Liderlər Zirvəsində iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Liderlərin sammiti ilk dəfə WUF çərçivəsində mayın 18-də baş tutacaq. İliyana Yotova səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşəcək.
Bolqarıstan nümayəndə heyətinə həmçinin Veliko Tırnovo şəhərinin meri Daniel Panov daxil olacaq.