AZ

Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək

Bolqarıstan Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün 17-19 may tarixlərində Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, onun səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Liderlərin sammiti ilk dəfə WUF çərçivəsində mayın 18-də keçiriləcək.

İ.Yotova səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşəcək.

Bolqarıstan nümayəndə heyətinin tərkibinə Veliko-Tırnovo meri, Bolqarıstanın Milli Bələdiyyələr Assosiasiyasının İdarə Heyətinin sədri Daniel Panov da daxil olacaq. WUF13-də həmçinin Bolqarıstanın müxtəlif bölgələrindən yerli hakimiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Seçilən
14
6
ikisahil.az

10Mənbələr