AZ

Nəriman Axundzadənin ABŞ klubundakı məvacibi açıqlanıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubundakı maaşı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, 22 yaşlı hücumçunun Ohayo təmsilçisində illik məvacibi 550 000 ABŞ dolları (vergilərlə birlikdə 633 389 dollar) təşkil edir.

Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Kryu” klubuna bu ilin fevral ayında “Qarabağ”dan keçib. Futbolçu MLS təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
19
azertag.az

10Mənbələr