Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlanıb.
MilliYol.az xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb."Kolambus Kryu" klubundakı çıxış edən 22 yaşlı futbolçunun illik maaşı 550 000 ABŞ dolları (vergilərsiz 935 min manat) təşkil edir (vergilərlə birlikdə 633 389 dollar - vergilərlə 1 milyon 7 min 600 manat).
Qeyd edək ki, Nəriman Axundzadə "Kolambus Kryu" klubuna bu ilin fevral ayında "Qarabağ"dan keçib. Futbolçu MLS təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.