AZ

Nəriman görün nə qədər maaş alırmış 

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin "Kolambus Kryu" klubundakı maaşı açıqlanıb...

Poliqon xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, 22 yaşlı hücumçunun Ohayo təmsilçisində illik məvacibi 550 000 ABŞ dolları (vergilərlə birlikdə 633 389 dollar) təşkil edir.

Qeyd edək ki, Nəriman Axundzadə "Kolambus Kryu" klubuna bu ilin fevral ayında "Qarabağ"dan keçib. Futbolçu MLS təmsilçisi ilə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Poliqon.info

Seçilən
26
19
poliqon.info

10Mənbələr