ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlardan getdikcə daha çox narazıdır və Vaşinqtonda hərbi əməliyyatların yenidən gündəmə gəlməsi ehtimalı artır.
Publika.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Bildirilib ki, Pentaqon daxilində bəzi rəsmilər İranı danışıqlara məcbur etmək üçün daha sərt addımların, hətta hədəfli zərbələrin tərəfdarıdır.
Nəşrin məlumatına görə, Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin İranla daha açıq və sərt danışmasını istəyir. ABŞ rəsmilərinin bir qismi isə Pakistanın Trampın narazılığını Tehrana kifayət qədər aydın çatdırıb-çatdırmadığına şübhə ilə yanaşır.
Qeyd olunub ki, Pakistan və digər regional ölkələr iranlılara Trampın ciddi şəkildə məyus olduğunu və bunun “diplomatiya üçün son şans” olduğunu çatdırmağa çalışıblar.