Sitat.info saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ prezidenti Donald Tramp İranın müharibəni bitirmək üçün aparılan danışıqları necə idarə etməsindən getdikcə daha çox məyus olur və bəzi ABŞ rəsmiləri genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpasını daha ciddi şəkildə gündəmə gətirir.
Sitat.info xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri yazır. Pentaqon daxilində bəzi rəsmilər iranlıları danışıqlar masasına qaytarmaq üçün daha aqressiv xətti, o cümlədən Tehranın mövqeyini daha da zəiflədə biləcək hədəfli zərbələri dəstəkləyirlər.Nəşrin məlumatına görə, Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin İranla daha açıq və sərt danışmasını istəyir. ABŞ rəsmilərinin bir qismi isə Pakistanın Trampın narazılığını Tehrana kifayət qədər aydın çatdırıb-çatdırmadığına şübhə ilə yanaşır.Pakistan və digər regional ölkələr iranlılara Trampın ciddi şəkildə məyus olduğunu və bunun “diplomatiya üçün son şans” olduğunu çatdırmağa çalışıblar.
Nigar,
Sitat.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.