AZ

Pakistan İrana xəbərdarlıq etdi - Bu, son şansdır

ABŞ Prezidenti Donald Tramp İranın müharibəni bitirmək üçün aparılan danışıqları necə idarə etməsindən getdikcə daha çox məyus olur və bəzi Amerika rəsmiləri genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpasını daha ciddi şəkildə gündəmə gətirir.

Missiya.Az xəbər verir ki, “Middle East Eye” nəşri yazı dərc edib.

Bildirilib ki, Pentaqon daxilində bəzi rəsmilər iranlıları danışıqlar masasına qaytarmaq üçün daha aqressiv xətti, o cümlədən Tehranın mövqeyini daha da zəiflədə biləcək hədəfli zərbələri dəstəkləyirlər.

Nəşrin məlumatına görə, Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin İranla daha açıq və sərt danışmasını istəyir. ABŞ rəsmilərinin bir qismi isə Pakistanın Trampın narazılığını Tehrana kifayət qədər aydın çatdırıb-çatdırmadığına şübhə ilə yanaşır.

Qeyd olunub ki, Pakistan və digər regional ölkələr iranlılara Trampın ciddi şəkildə məyus olduğunu və bunun diplomatiya üçün son şans olduğunu çatdırmağa çalışıblar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
1
missiya.az

4Mənbələr