AZ

Pezeşkian böhrandan çıxış üçün üç mümkün ssenari təqdim etdi

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pazeşkian hüquq-mühafizə oraqanlarının yüksək rütbəli zabitləri ilə görüşündə bildirib ki, son hadisələrdən sonra Tehran döyüş meydanında əldə edilən nəticələri diplomatik danışıqlar yolu ilə möhkəmləndirməlidir.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Pezeşkiana görə, İran hazırda üç mümkün ssenari ilə üzləşib;

İranın hüquqlarını müdafiə etmək üçün ləyaqət və gücü qoruyub saxlayaraq danışıqlara başlamaq.

"Nə müharibə, nə də sülh" vəziyyətini qorumaq.

Hərbi qarşıdurmanı davam etdirmək.

"Milli maraqlara əsaslanan rasional və məntiqi seçim silahlı qüvvələrin döyüş meydanında əldə etdiyi hərbi qələbənin diplomatik sahədə tamamlanması və İran xalqının hüquqlarının ləyaqət və nüfuz mövqeyindən təmin edilməsidir", - deyə Pezeşkian bildirib.

Prezident əlavə edib ki, danışıqlara hazır olmaq güzəşt deyil, düşünülmüş bir strategiyadır. O, İmam Əlidən sitat gətirərək deyib: "Əgər düşmən sülh təklif edirsə, rədd edilməməli, lakin sülhə çatdıqdan sonra sadəlövh və ya özündənrazı olmamalıdır. İslam Respublikası bu prinsiplərə əsaslanaraq və düşmənə qarşı inamsızlığı qoruyaraq danışıqlara mümkün qədər ləyaqət, müdriklik və məqsədəuyğunluq baxımından baxır.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
sherg.az

9Mənbələr