AZ

İranın qarşısında üç yol var Pezeşkian onları açıqladı

ain.az bildirir, Modern.az portalına istinadən.

İran Prezidenti Məsid Pezeşkian İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı və yüksək rütbəli zabitləri ilə görüşdə müharibədən sonrakı strateji seçimləri açıqlayıb.Modern.az-ın məlumatına görə, Pezeşkian deyib ki, milli maraqlara əsaslanan rasional və məntiqli seçim, silahlı qüvvələrin döyüş meydanında qazandığı hərbi qələbəni diplomatik sahədə tamamlayaraq İranın hüquqlarını ləyaqət və güc mövqeyindən təmin etməkdir.

Prezident bildirib ki, ölkənin hazırda qarşısında üç fərqli yol var:

İranın hüquqlarını əldə etmək üçün güclü və ləyaqətli şəkildə danışıqlara başlamaq;

nə müharibə, nə də sülh vəziyyətində qalmaq;

və ya qarşıdurma və münaqişə yolunu davam etdirmək.

Pezeşkian deyib:

“Milli maraqlara əsaslanan rasional və məntiqli seçim odur ki, Silahlı Qüvvələrin döyüş meydanında qazandığı qələbə diplomatik arenada tamamlanmalı və İran xalqının hüquqları ləyaqət və güc mövqeyindən təmin edilməlidir”.

Pezeşkian İranın diplomatiyaya açıq olmasını güzəşt kimi deyil, hesablanmış siyasi mövqe kimi təqdim edib. O, bildirib ki, əgər düşmən sülh təklif edərsə, onu rədd etmək olmaz, lakin sülhdən sonra da həmin düşmənə qarşı arxayın, həddindən artıq nikbin və ya etibarlı yanaşmaq olmaz.

“İran İslam Respublikası da məhz bu prinsip əsasında, düşmənə etimadsızlığını qoruyaraq, ləyaqət, hikmət və məqsədəuyğunluq mövqeyindən danışıqları mümkün hesab edir”, - Pezeşkian əlavə edib

Prezident bildirib ki, əgər ölkə rəhbərinin narahatlıqlarına və İran xalqının maraqlarına uyğun bir razılaşma əldə olunarsa, İran öz öhdəliklərinə sadiq qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
6
modern.az

9Mənbələr