AZ

Rusiyadan Avropaya “Oreşnik” TƏHDİDİ

Rusiya yenidən “Oreşnik” raketləri ilə bağlı təhdidlərdən istifadə edərək bunu Avropa üçün “son xəbərdarlıq” kimi təqdim edir.

Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib.

Məlumata görə, Rusiya Dövlət Dumasının deputatları Moskvanın guya Kiyevə “Oreşnik” ballistik raketləri ilə zərbə endirə biləcəyini bəyan ediblər.

ISW analitiklərinin qiymətləndirməsinə əsasən, bu tip açıqlamalar Ukraynanın Rusiya arxa cəbhəsinə endirdiyi zərbələrdən sonra Moskvanın zəifliklərini gizlətmək və paytaxtın parad zamanı təhlükəsizliyini təmin edə bilməməsini ört-basdır etmək məqsədi daşıyır.

Hesabatda vurğulanır ki, Kreml “Oreşnik” mövzusundan mütəmadi olaraq Ukrayna və Qərbə qarşı psixoloji təzyiq aləti kimi istifadə edir.

Bizim.Media

Seçilən
1
3
bizim.media

4Mənbələr