Kreml Avropaya qarşı növbəti dəfə “Oreşnik” raketləri ilə təhdid ritorikasından istifadə edərək, bunu “son xəbərdarlıq” adlandırır.
Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında qeyd olunub.
Rusiya Dövlət Dumasının deputatları rəsmi Moskvanın Kiyevə “Oreşnik” ballistik raketləri ilə zərbə endirə biləcəyi barədə iddialar səsləndiriblər.
Lakin hərbi analitiklərin fikrincə, bu cür bəyanatlar Ukraynanın Rusiyanın arxa cəbhələrinə endirdiyi zərbələrdən sonra yaranan zəifliyi gizlətmək cəhdidir.
Hesabatda vurğulanır ki, Kreml parad zamanı Moskvanın təhlükəsizliyini tam təmin edə bilməməsi faktını ört-basdır etmək üçün “Oreşnik” mövzusundan Ukrayna və Qərbə qarşı psixoloji təzyiq aləti kimi istifadə edir.
Rusiya tərəfindən gələn bu hədələrə baxmayaraq, Avropa İttifaqı Kiyevdəki diplomatik mövcudluğunu və fəaliyyətini dəyişməyəcəyini artıq bəyan edib.
Musavat.com