AZ

Kreml yenidən “Oreşnik” raketləri ilə təhdidə əl atır KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiya Dövlət Dumasının deputatları Ukraynanın paytaxtı Kiyevə “Oreşnik” ballistik raketləri ilə zərbələr endirilə biləcəyi barədə bəyanatlar səsləndiriblər. Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bu hədələri Rusiyanın daxili zəifliyini gizlətmək cəhdi kimi qiymətləndirirlər.

KONKRET.az xəbər verir ki, ekspertlərin rəyinə görə, bu cür bəyanatlar Ukraynanın Rusiyanın arxa cəbhəsinə endirdiyi zərbələrdən sonra yaranan boşluqları və parad zamanı Moskvanın təhlükəsizliyini tam təmin edə bilməmək qorxusunu ört-basdır etmək məqsədi daşıyır. ISW vurğulayır ki, Kreml müntəzəm olaraq “Oreşnik” mövzusundan Ukrayna və Qərbə qarşı psixoloji təzyiq vasitəsi kimi istifadə edir.

Rusiyanın artan hədələrinə baxmayaraq, Avropa İttifaqı (Aİ) Kiyevdəki diplomatik və rəsmi iştirakını dəyişməyəcəyini artıq bəyan edib. Müşahidəçilər hesab edir ki, bu cür raket təhdidləri real hərbi üstünlükdən daha çox, informasiya müharibəsinin tərkib hissəsidir.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
3
konkret.az

4Mənbələr