AZ

Lukaşenko İlham Əliyevi təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan da daxil olmaqla, bəzi ölkələri İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə təbrik edib.

Aznews.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vaaqn Xaçaturyana, Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə və ölkənin ilk prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti İmaməli Rəhmana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şövkət Mirziyayevə, Slovakiyanın Baş naziri Robert Fitsoya, eləcə də Moldova və Ukrayna xalqlarına göndərilib.

Liderlərə müraciətində Aleksandr Lukaşenko vurğulayıb ki, müqəddəs 9 May Günü sovet xalqlarının taleyinə əbədi olaraq həkk olunub və onilliklər keçsə belə, onların qəhrəmanlarının şücaətinin böyüklüyü unudulmur.

Seçilən
2
5
aznews.az

7Mənbələr