AZ

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ajans.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. Təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vaaqn Xaçaturyana, Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və ölkənin ilk prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti Emoməli Rəhmona, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Slovakiyanın Baş naziri Robert Fitsoya, eləcə də Moldova və Ukrayna xalqlarına göndərilib. Liderlərə müraciətində Aleksandr Lukaşenko vurğulayıb ki, müqəddəs 9 May Günü sovet xalqlarının taleyinə əbədi olaraq həkk olunub və onilliklər keçsə belə, onların qəhrəmanlarının şücaətinin böyüklüyü unudulmur.

Belarus Prezidenti müharibənin ağır sınaqlarına tab gətirən xalqların dostluğunun mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün sarsılmaz təməl olaraq qalacağına əminliyini ifadə edib.

Seçilən
31
5
Ajans.az

7Mənbələr