BAKI, 9 may. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan da daxil olmaqla, bəzi ölkələri İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vaaqn Xaçaturyana, Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və ölkənin ilk prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti Emoməli Rəhmona, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Slovakiyanın Baş naziri Robert Fitsoya, eləcə də Moldova və Ukrayna xalqlarına göndərilib.