AZ

Barron Tramp zaman səyahətçisidir? – ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə

ABŞ-də illərdir dolaşan qəribə sui-qəsd nəzəriyyəsi yenidən müzakirə mövzusuna çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 130 ildən çox əvvəl yazılmış bir kitab internet istifadəçiləri arasında ABŞ prezidenti Donald Trampın oğlu Barron Tramp haqqında fantastik iddiaların yayılmasına səbəb olub.

Söhbət amerikalı yazıçı Ingersoll Lokvudun1893-cü ildə yazdığı “Barron Trump's Marvelous Underground Journey” kitabından gedir.

Kitabda “Barron Tramp” adlı varlı aristokrat oğlan “Tramp qalasında” yaşayır və “Don” adlı sirli bələdçi ilə Rusiyaya səyahət edir. İnternet istifadəçiləri bu süjetlə Tramp ailəsi arasında “qəribə paralellər” taparaq Barron Trampın guya zaman səyahətçisi olduğu barədə nəzəriyyələr irəli sürüblər.

Bu iddialar o qədər geniş yayılıb ki, Lara Tramp hətta öz podkastında buna cavab vermək məcburiyyətində qalıb.

Lara Tramp əlavə edib ki, internetdə insanların bu nəzəriyyəni “tam ciddi şəkildə” müzakirə etməsi onu təəccübləndirir: “Mən Barronu 18 ildir tanıyıram. Onun böyüdüyünü görmüşəm. O, zaman səyahətçisi deyil.”

Nəzəriyyənin tərəfdarları isə başqa “sübutlar” da gətirirlər. Onlar Trampın əmisi Con Trampın məşhur ixtiraçı Nikola Teslanın arxivlərinə çıxış əldə etdiyini xatırladırlar.

Bəzi konspirologiya tərəfdarları Teslanın guya “zaman texnologiyaları” üzərində işlədiyini iddia edir.

Müzakirələrdə rəssam Çarlz Dellşonun fantastik uçan aparat təsvirləri də gündəmə gətirilir. İddialara görə, həmin rəsmlərdə “TRAMP”, “45” və “47” rəqəmlərinə bənzər elementlər görünür. Bu rəqəmlər Donald Trampın prezidentlik nömrələrinə işarə kimi təqdim edilir.

Məqalədə həmçinin qeyd olunur ki, Stephen Hawking zaman səyahəti barədə skeptik mövqe sərgiləyib. O, 1994-cü ildə yazdığı kitabında belə demişdi:

“Zaman səyahətinin mümkün olmamasının ən yaxşı sübutu odur ki, biz hələ gələcəkdən gəlmiş turist görməmişik.”

Bununla belə, bəzi kvant fizikası nəzəriyyələri zaman səyahətinin nəzəri ehtimalını tam istisna etmir.

Lakin elmi ictimaiyyətin böyük hissəsi belə iddiaları fantastika və internet konspirologiyası kimi qiymətləndirir.

Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr