Bakivaxti saytına istinadən ain.az xəbər verir.
İtaliyanın Baş naziri Corcia Meloni süni intellektlə hazırlanmış saxta görüntülərlə bağlı xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək, “deepfake” texnologiyası ilə hazırlanmış fotolarına münasibət bildirib.
O, bu cür materialların manipulyasiya vasitəsinə çevrildiyini vurğulayıb. O, zarafatla bildirib ki, həmin görüntüləri hazırlayanlar onu reallıqdan daha cazibədar göstəriblər:
“Etiraf etməliyəm ki, bu fotoları hazırlayanlar məni olduğumdan xeyli “yaxşılaşdırıblar”. Amma fakt budur ki, hücum etmək və yalan uydurmaq naminə artıq hər vasitədən istifadə olunur”.
Meloni qeyd edib ki, məsələ təkcə onunla bağlı deyil və süni intellektlə yaradılan saxta görüntülər cəmiyyət üçün ciddi risk yaradır. Baş nazir insanlara çağırış edərək məlumatları yoxlamadan inanmamağı və paylaşmamağı tövsiyə edib.
Qeyd edək ki, İtaliya hökuməti süni intellekt texnologiyalarının istifadəsini tənzimləmək üçün qanunvericilik addımları atan ilk Avropa ölkələrindən biridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.