AZ

Tramp düzmü dedi – İranı KİM idarə edir?

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı apardıqları danışıqların pərdəarxası məqamlarını özünəməxsus sarkastik üslubda şərh edib. Musavat.com xəbər verir ki, Tramp İranın hazırkı siyasi vəziyyətini və qərar qəbuletmə mexanizmini kəskin tənqid edərək, bu ölkədə məsuliyyəti üzərinə götürəcək bir lider tapmaqda çətinlik çəkdiklərini bildirib.

“Lənət şeytana, biz kiminlə iş gördüyümüzü belə bilmirik. Zəng edirlər ki, mən filankəs Məhəmmədəm. Soruşuram: Sən lidersən? Biz lider axtarırıq", — deyə Ağ Ev rəhbəri qeyd edib. Onun sözlərinə görə, İran dünyada yeganə ölkədir ki, hazırda orada heç kim rəhbər vəzifəsini və məsuliyyətini daşımaq istəmir.

Tramp haqlıdımı? İranı kim idarə edir?

Yaxın Şərq siyasəti yazarı Kənan Rövşənoğlu Trampın iranlıları masada üstələyə bilmədiyi üçün onlara qəzəbli olduğunu düşünür: “Buna görə də öz aləmində onları aşağılayır, ya da belə demək olarsa, əsəbiləşdirməyə çalışır. Hər kəsə bəllidir ki, danışıqları heç bir tərəfdən prezidentlər aparmır. Bu işlə əsasən xarici işlər nazirləri, bir də dövlətin müəyyən etdiyi daha üst məqamlar, ABŞ-da vitse-prezident, İranda isə parlament sədri ranqında şəxslər təmsil edir. Tramp xoşlayır ki, stulları düzüb dünya liderlərini qarşısında əyləşdirib hansısa sənəd imzalasın və ya nəyisə diktə etsin, ancaq iranlılarla bunu edə bilmir. Çünki İran bərabər şərtlər və necə deyərlər, qarşılıqlı güzəşt tələb edir. Bu isə Trampı əsəbiləşdirir, onu bu şəkildə açıqlamalara məcbur edir”.

Jurnalist

Onun sözlərinə görə, müharibə və sui-qəsd riski səbəbindən İran ali dini lideri gizlədir: “Bu, həm də onu müəyyən mənada indiki situasiyada əlçatmaz lider kimi göstərməyə xidmət edir. İranın dini lideri, yəni dövlətin ali rəhbəri postunda hazırda təyinat var, yəni heç bir ali dövlət postu boş deyil. Ancaq dini lider heç zaman birbaşa danışıqlarda iştirak etmir. O, əsas xətləri və strategiyanı təyin edir, hökumət isə onu icra edir”.

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
7
50
musavat.com

10Mənbələr