AZ

Rusiyanın ikinci ən böyük neft emalı zavodunun işi iflic olub

Uzaq mənzilli PUA hücumlarının intensivləşməsinin bir hissəsi olaraq, Ukrayna son iki ay ərzində Rusiyanın neft sənayesinə - boru kəmərlərindən və limanlarından neft emalı zavodlarına və tankerlərə qədər - zərbələr endirir və Rusiyanın hərbi iqtisadiyyatını milyardlarla dollara sarsıtmağa çalışır...

Poliqon xəbər verir ki, bu barədə Reuters yazıb.

Nəticədə, Rusiyada ikinci ən böyük neft emalı zavodu olan Kirişi Ukrayna dronlarının hücumları nəticəsində dörd ilkin neft emalı qurğusundan (CDU) üçünün zədələnməsindən sonra emalı dayandırıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko rəsmi olaraq "Kirişinefteorgsintez" kimi tanınan Kirişi neft emalı zavodunun hücumun hədəfi olduğunu və Kirişi şəhərinin sənaye zonasında yanğın baş verdiyini bildirib. Anonimlik şərti ilə Reuters agentliyinə danışan iki mənbə bildirib ki, dron hücumu nəticəsində neft emalı zavodundakı dörd ilkin neft emalı qurğusundan üçünə ziyan dəyib.

Jurnalistlər qeyd edirlər ki, CDU qurğuları istənilən neft emalı zavodunun əsas hissəsidir və onlar olmadan neft emalı zavodu işləyə bilməz.

Rusiya bu cür hücumları terror adlandırır. Ukrayna bu yolla özünü müdafiə etdiyini vurğulayır. Ukrayna sərhədindən təxminən 800 km məsafədə yerləşən Kiriş neft emalı zavoduna bu il bir neçə dəfə Ukrayna dronları tərəfindən hücum edildiyi bildirilir.

Mənbələr zədələnmiş qurğuların təmiri üçün lazım olan vaxtı təxmin etməyin çətin olduğunu izah edərək, bir neçə ikinci dərəcəli qurğunun da təsirləndiyini əlavə ediblər.

Zavod 20 milyon metrik ton gücə malikdir. Son illərdə zavod ildə təxminən 18 milyon ton emal edir ki, bu da Rusiyanın neft emalı həcminin təxminən 7%-ni təşkil edir. Zavod daxili bazar və ixrac üçün dizel yanacağının əsas təchizatçılarından biridir.

Poliqon.info

Seçilən
3
25
poliqon.info

10Mənbələr