AZ

Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu iflic etdi

BAKI, 6 may. TELEQRAF

Ukrayna uzaqmənzilli PUA hücumları kampaniyası çərçivəsində son iki ay ərzində Rusiyanın neft sənayesinə - boru kəmərlərindən və limanlardan tutmuş neft emalı zavodları və tankerlərə qədər zərbələr endirib. Məqsəd Rusiyanın hərbi iqtisadiyyatının zərərlərini artırmaqdır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik bildirib ki, Rusiyanın ikinci ən böyük neft emalı zavodu “Kirişi” Ukrayna dronlarının hücumları nəticəsində xam neftin ilkin emalı qurğularının (CDU) dördündən üçünün zədələnməsindən sonra fəaliyyətini dayandırıb.

Rusiya bu cür hücumları “terrorizm” adlandırır, Ukrayna isə bunun özünümüdafiə məqsədi daşıdığını bildirir. Təxminən Ukrayna sərhədindən 800 km məsafədə yerləşən “Kirişi” zavodu bu il artıq bir neçə dəfə Ukrayna dronlarının hücumuna məruz qalıb.

Mənbə qeyd edib ki, zədələnmiş qurğuların təmiri üçün lazım olan vaxtı qiymətləndirmək çətindir. Həmçinin bir neçə ikinci dərəcəli qurğunun da zərər gördüyü vurğulanıb.

Zavodun gücü 20 milyon metrik ton təşkil edir. Son illərdə burada ildə təxminən 18 milyon ton neft emal olunub ki, bu da Rusiyanın ümumi neft emalı həcminin təxminən 7 faizinə bərabərdir. Zavod daxili bazar və ixrac üçün dizel yanacağının əsas təchizatçılarından biridir.

Seçilən
2
50
teleqraf.com

10Mənbələr