AZ

İsrail Livana qadağan olunmuş mərmilər atıb - KİV

İsrail Livana qadağan olunmuş fosfor mərmiləri atıb.

Azreform.info xəbər verir ki, bu barədə Livanın dövlət mediası məlumat yayıb.

Məlumata görə, İsrail döyüş təyyarələri Kəfra, Bəraşit və Səfəd əl-Bəttix şəhərlərinə reydlər həyata keçirib.

Livan mediasının məlumatına görə, Bint Jbeil bölgəsindəki Kunin və Beyt Yahun şəhərləri beynəlxalq səviyyədə qadağan olunmuş fosfor mərmiləri ilə atəşə tutulub.

Bint Cbeyl rayonundakı Kunin şəhərinə iki hava hücumu həyata keçirilib. İsrail təyyarələri həmçinin Tir rayonundakı Buyut əs-Siyad və əl-Mansuri şəhərlərinə üç hava hücumu həyata keçirib.

Elvin

Azreform.info

Seçilən
3
26
azreform.info

10Mənbələr