Bu gün Çempionlar Liqasında sonuncu - ikinci finalçı da müəyyənləşəcək.
QOL.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Bavariya" Münhendə PSJ-ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun referisi Joao Pineyro (Portuqaliya) olacaq.
Sözügedən komandalar arasında ilk matçda PSJ 5:4 hesablı qələbə qazanmışdı.
Cütün qalibi isə finalda"Arsenal”la qarşılaşacaq.
6 may
23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)
İlk oyun - 4:5
5 may
"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0
İlk oyun - 1:1