Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (1:1) "Atletiko Madrid"i bu gecə Londonda baş tutan cavab qarşılaşmasında 1:0 hesabı ilə məğlub edən "Arsenal" 20 illik həsrətə son qoyub.
Fanat.Az-ın məlumatına görə, London komandası son dəfə 2006-cı ildə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayıb.
Mayın 17-də Parisdəki "Stad de Frans"da baş tutan həlledici qarşılaşmada Arsen Vengerin rəhbərlik etdiyi "topçular"
"Barselona"ya 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, "Arsenal" mayın 30-da Budapeştdə keçiriləcək finalda "Bayern Münhen" - PSJ cütünün qalibi ilə üz-üzə gələcək. Tərəflərin Fransada gerçəkləşən ilk dueli Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ikinci görüşü sabah Münhendə olacaq.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.