UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçlarına start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
İngiltərənin “Arsenal” klubu öz meydanında İspaniyanın “Atletiko Madrid” komandası ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında Madriddə baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1. İki oyunun nəticəsinə əsasən, “Arsenal” finala vəsiqə qazanan tərəf olub.
Qeyd edək ki, yarımfinalın digər cavab matçı mayın 6-da Almaniyada “Bavariya” ilə Fransanın PSJ klubu arasında oynanılacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta